AZ

Rövşən Nəcəf tapşırıq verdi - Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, o, mərhum referinin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında Tofiq Bəhramovun Azərbaycan futbolunda dərin iz buraxdığını söyləyib:

“Tofiq Bəhramov təkcə gənc hakimlər deyil, məşqçilər və futbolçular üçün də nümunədir. Bəlkə də, dünyada yeganə futbol hakimidir ki, adını daşıyan iritutumlu stadion var. Bütün bunları nəzərə alaraq, ötən ilin son aylarından AFFA-nın prezidenti Rövşən Nəcəf tərəfindən verilən tapşırıqlara əsasən, 2025-ci ildə Tofiq Bəhramovun adının yad edilməsi ilə bağlı müxtəlif silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri kimi qeyd etməliyəm ki, Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunan yeni poçt markaları dövriyyəyə buraxılıb. Həmçinin, Misli Premyer Liqasının XXI turu çərçivəsində həftəsonu keçiriləcək oyunlarda Tofiq Bəhramovun xatirəsi yad olunacaq. Bundan başqa, Azərbaycan Futbol Veteranları İttifaqı tərəfindən müxtəlif tədbirlər keçiriləcək. AFFA olaraq həmin ittifaqa bunun üçün müəyyən dəstək ayırmışıq. Tofiq Bəhramovun adı Azərbaycan futbolu üçün əzizdir, yaşayıb, hər zaman da yaşayacaq”.

Seçilən
4
fanat.az

1Mənbələr