AZ

Ceyhun Bayramov Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün konstruktiv səylərini davam etdirəcək DEYİB

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi daha geniş coğrafiyada iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Xezerxeber.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən II üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında çbildirib.

O qeyd edib ki, məhz bu bölgə vasitəsilə Şərq-Qərb Orta Dəhlizinin yeni arteriyasının salınması həyata keçirilir və bunun böyük perspektivi görünür.

Nazir həmçinin, Ermənistanla sülh sazişinin tamamlanmasının önəmini vurğulayıb. O əlavə edib ki, Ermənistan Konstitusiyası və digər normativ hüquqi aktlarında Azərbaycana qarşı qalan ərazi iddiaları və revanşizm meyilləri narahatlıq doğurur: “Bu istiqamətdə Azərbaycan Respublikası öz konstruktiv səylərini davam etdirəcək”.

Ceyhun Bayramov üç ölkə arasında nəqliyyat sahəsində qəbul edilən Yol Xəritəsi əsasında bir sıra layihələrin həyata keçiriləcəyini də qeyd edib.

Seçilən
3
4
xezerxeber.az

10Mənbələr