Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 3-cü üçtərəfli görüşü Azərbaycanda keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan və Özbəkistandan olan həmkarları ilə birgə mətbuat konfransında deyib.