AZ

Türkiyənin vitse-prezidenti ŞKTR-də işgüzar səfərdədir

 

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "Şimali Kipr Türk Respublikasının (ŞKTR) layiq olduğu beynəlxalq statusu tam şəkildə qazanması son dərəcə vacibdir. Onun əsas hüquqları, suveren bərabərliyi və beynəlxalq ictimaiyyət qarşısında bərabər statusu olduqca dəyərlidir" ifadələrini işlədib. 

Rəsmi görüşlər keçirmək üçün ŞKTR-yə səfər edən Yılmaz bu ziyarət çərçivəsində adadakı türklərinin rifahını artıracaq layihələri, iqtisadi və ticarət əlaqələrini müzakirə etmək imkanı əldə edəcəklərini qeyd edərək "Kiprdakı türk xalqının gələcəyinin təminat altına alınması və onların rifah səviyyəsinin yüksəldilməsi üçün fəaliyyətimizi qətiyyətlə davam etdirəcəyik" deyə vurğulayıb. 

Vitse-prezident ana vətən və qarantor ölkə Türkiyənin buradakı türklərinin təhlükəsizliyini və rifahını təmin etmək, onların beynəlxalq statusunu yüksəltmək istiqamətində fəaliyyətini fasiləsiz və qətiyyətlə davam etdirəcəyini də sözlərinə əlavə edib.



Seçilən
5
trt.net.tr

1Mənbələr