AZ

Məşhur cütlüyün övladı VƏFAT ETDİ - FOTO

Türkiyədə sosial şəbəkədə paylaşdıqları videolarla tanınan cütlüyünün 5 yaşlı uşağı dünyasını dəyişib. 

News24.az xəbər verir ki, Alparslan Çelik və Ayşegül Çelik sosial şəbəkədə tanış olub və 7 il əvvəl ailə həyatı qurublar. 

Anadangəlmə axondroplaziya (cırtdanlıq) olan cütlüyün 5 il əvvəl eyni xəstəlikdən əziyyət çəkən Aras adlı övladı dünyaya gəlib. 

Onu da qeyd edək ki, əri və uşağı ilə çəkdirdiyi videoları sosial media hesabında paylaşan Ayşegül Çelik 1,3 milyon izləyiciyə çatıb.

Genetik xəstəliyi səbəbindən ortopedik problemləri olan və eyni zamanda xroniki ağciyər xəstəliyi ilə mübarizə aparan Aras Çelik bir gün əvvəl aparıldığı xəstəxanada dünyasını dəyişib. Kədərli xəbəri sosial şəbəkədə açıqlayan Ayşegül Çelik "Arasımız mələk oldu" paylaşımı edib. 


Günel Məlikzadə


Seçilən
3
50
news24.az

10Mənbələr