AZ

KİV: Azərbaycanda əşyaların interneti bazarının gəlirləri 10%-dən çox artacaq

Bu il Azərbaycanda Əşyaların İnterneti (IoT) bazarının 463,10 milyon ABŞ dolları gəlir əldə edəcəyi gözlənilir.

"APA-Economics" xəbər verir ki, bu barədə "Statista" portalının proqnozunda bildirilib.

Məlumata görə, bu, illik 10,2% artım deməkdir.

Əşyaların İnterneti bazarının müxtəlif seqmentləri arasında Əşyaların Sənaye İnterneti (IIoT) seqmenti 119,70 milyon ABŞ dolları həcmində dəyərlə üstün mövqeyə sahib olacaq.

2025-2029-cu illərdə ölkədə əşyaların interneti bazarında gəlirin illik 10,68% artacağı və 2029-cu ildə bazar həcminin 694,90 milyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır.

“Azərbaycan ağıllı şəhərlərə və enerji idarəetmə həllərinə diqqət yetirməklə əşyaların interneti bazarında sürətli artım yaşayır”, - deyə portalda qeyd edilib.

Seçilən
4
1
apa.az

2Mənbələr