AZ

Aİ-dən yeni sanksiyalar: 35 fiziki şəxs və 19 şirkət daxil olacaq

Avropa İttifaqı 16-cı anti-Rusiya məhdudiyyətlər paketi çərçivəsində sanksiya siyahısına 35 fiziki şəxs və 19 şirkəti əlavə edəcək. 

Bakıvaxtı.az "Polskie Radio"ya istinadən xəbər verir ki, yeni siyahıda Rusiya, Şimali Koreya və Çin vətəndaşları, hərbi-sənaye kompleksinin əməkdaşları, energetika sahəsində sahibkarlar, Rusiyanın yeni regionlarının hakimiyyət orqanları, habelə Aİ tərəfindən təbliğatda ittiham olunan şəxslər yer alacaq.

 Aİ diplomatları 16-cı paketdə Rusiya və Belarusdan azot gübrələrinə və bəzi kənd-ərzaq məhsullarına qadağanedici rüsumların tətbiqi təklifinin daxil olacağı ilə bağlı gözləntilərini də əlavə ediblər. Bu məsələ ticarətə aid olacağı üçün yekdillik tələb etməyəcək. Bu, Macarıstan və ya Slovakiya tərəfindən veto riskinin qarşısını alacaq.

Qeyd olunub ki, 16-cı paketə Rusiyanın kölgə donanması da daxil edilməlidir. Hazırda 700-ə yaxın donanmadan 69 belə gəmi qara siyahıya əlavə edilib.

Gülşən Şərif

Seçilən
3
4
bakivaxti.az

5Mənbələr