AZ

"Neftçi" bu transfer əməliyyatından vaz keçdi - SATMIRLAR!

“Neftçi”nin maraq dairəsində olan növbəti legionerin adı açıqlanıb.

Bu barədə 4-4-2.com məlumat yayıb.

Həmkarlarımızın yaydığı informasiyaya görə, paytaxt təmsilçisi İsveçrədə "İverdon"un yarımmüdafiəçisi Boris Sespedesunu heyətinə qatmağı planlaşdırır.

Bildirilib ki, "Neftçi" artıq Superliqa klubuna rəsmi dəvət göndərərək, boliviyalıya hazırkı klubunda qazandığı 250-300 min İsveçrə frankından (təxminən 470-560 min manat) xeyli yüksək maaş təklif edib.

Sespedesu müdafiəçi və mərkəz yarımmüdafiəçisi kimi çıxış etməsinə baxmayaraq, Super Liqada bu mövsüm komandanın bombardiridir (5 qol).

Onun hazırkı komandası ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Boliviya millisinin yarımmüdafiəçisi əvvəllər “Servette”də də oynayıb.

Hazırda bazar dəyəri 1 milyon avro qiymətləndirilən oyunçunun bu keçidə isti yanaşdığı bildirilir.

Fəqət, "Neftçi" tərəfi Sespedesunun transferinin gerçəkləşməyəcəyini deyir.

Klubdan aldığımız məlumata görə, cənubi amerikalı Samir Abasovun bəyəndiyi oyunçudur, amma İsveçrə təmsilçisi onu satmağı planlaşdırmır.

Tərəflər arasında ilkin təmas olandan sonra "ağ-qaralar" Borisi Azərbaycana gətirə bilməyəcəyinin fərqinə var və danışıqlar yarımçıq dayandırılıb.

SPORTİNFO.AZ

Seçilən
3
2
sportinfo.az

2Mənbələr