AZ

Naxçıvanda qətl törədildi - Saxlanılan var

Yanvarın 28-də Naxçıvan MR-nin Babək rayonunda qətl törədilib.

Ölkə.az Naxçıvan MR Prokurorluğuna istinadən xəbər verir ki, rayon sakini 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə məlumat daxil olub.

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində tutulub.

Ä°btidai istintaq davam edir.

Seçilən
1
9
paralel.az

8Mənbələr