AZ

Fərid Qayıbovun müavini də Komitədən uzaqlaşdırıldı

Bu il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Müvafiq qərar MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında qəbul edilib. Prezident İlham Əliyevin sərəncamı ilə oyunların keçirilməsi üçün Təşkilat Komitəsi yaradılıb. Komitəyə rəhbərlik etmək öncə gənclər və idman naziri Fərid Qayıbova tapşırılıb. Ancaq bu gün imzalanan növbəti sərəncamla Baş nazirin yeni müavini  Samir Şərifov Təşkilat Komitəsinin sədri təyin edilib. Gənclər və idman naziri isə onun müavini olub.   Manset.az Modern.az-a istinadən xəbər verir ki, sərəncamda diqqət çəkən digər məqam gənclər və idman nazirinin müavinin təşkilat komitəsindən çıxarılması olub. Belə ki, nazir müavini Təşkilat Komitəsinin əvvəlki tərkibində yer alsa da, yeni tərkibdə təmsil olunmayıb. Qeyd edək ki, təşkilat üzvlərinin ayrı-ayrı adları yox, vəzifələri qeyd olunub. Yəni komitədən çıxarılan müavinin kim olduğu ilk baxışdan məlum deyil.

Təşkilat Komitəsindəki bu dəyişiklik bir müddət əvvəl vəzifəsindən azad edilən nazir müavini Mariana Vasileva ilə bağlı qalmaqalı yada salıb. 2021-ci ildə gənclər və idman nazirinin müavini təyin edilən xanım gimnast bir neçə gün öncə, yanvarın 16-da işdən çıxarılıb. Mətbuatda onun işdən çıxarılma səbəbi kimi Azərbaycan gimnastika yığmasının üzvlərinə qarşı zor tətbiq etməkdə günahlandırılması göstərilib.

Seçilən
3
4
manset.az

6Mənbələr