UEFA “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Futbolpress.az xəbər verir ki, buna səbəb mütəxəssisin Avropa Liqasının VII turunda komandanı “Lion”la oyunun ikinci hissəsinə gec çıxarması olub. Mourinyo bir oyunluq diskvalifikasiya olunub.
Mütəxəssis sabah Avropa Liqasında “Midtyulland”la matçda texniki zonada yer almayacaq.