Ölkədə keçirilən bələdiyyə seçkisi ilə bağlı 28 saylı seçki məntəqəsindən təcili yardıma çağırış daxil olub.
Bu barədə Publika.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 12:30-da Yasamal rayonu, Şəfayət Mehdiyev 269, 28 saylı seçki məntəqəsindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.