Bununla bağlı Demokrat.az-a iqtisadçı Akif Nəsirli məlumat verib.
O deyib ki, Monqolustandan qoyun əti idxalının artmasının əsas səbəbi Azərbaycanda ət qıtlığının olmasıdır:
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/1/29/1/a3418b27-5cc6-441a-82d9-56e7dc53278b/iqtisadci-akif-nesirli.jpg)
“Ölkədə ət qıtlığı yaşanır. Ona görə də ətin qiyməti günbəgün bahalaşır. İndi artıq qoyun ətinin qiyməti 19-20, mal əti isə 15-16 manatdır. Bir tərəfdən ət istehsalı aşağı düşür, bazarda çatışmır, digər tərəfdən də ətin maya dəyəri artır. Bu iki tendensiya olduğu üçün vətəndaşların əksəriyyəti üçün ət əlçatmaz olur.
Yerli tələbatı nəzərə alaraq, sahibkarlar xaricdən ət idxalını genişləndirir. Təkcə Monqolustandan deyil, ət idxal etdiyimiz bütün mənbələrdən ət idxalı artıb. Artıq bazarlarda da xarici ət görünməkdədir. Xarici ətlər piştaxtalara çıxmaqdadır.
Əvvəllər xaricdən idxal olunan ət yalnız çoxsaylı şəxsi heyəti olan qurumlar istehlak edirdi, amma indi artıq xarici ət satışda da var”.
Leyla Turan
Demokrat.az
7Mənbələr
-
demokrat.azAzərbaycanda bazarda Monqolustandan gətirilmiş ətlər satılır? — AÇIQLAMA ( 15120077)
-
olke.azAzərbaycanda ət yenə bahalaşacaq - Ekspert səbəbləri açıqladı ( 15067565)
-
adalet.azÖlkədə mal əti 16, quzu əti 24 manatdır: Ötən il xaricə 1,3 min ton ət satılıb ( 15064657)
-
turkustan.azXaricdən əti və yağı necəyə alırıq? ( 15004445)
-
cebheinfo.azXaricdən əti və yağı necəyə alırıq? ( 15003909)
-
fed.azAzərbaycan ötən il sement ixracından 53 milyon dollar qazanıb ( 14974869)
-
azpolitika.info3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ... - Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? ( 14929795)