Rusiyalı şahmatçı David Əhmədov Maqnus Karlseni məğlub edib.
14 yaşlı rusiyalı şahmatçı David Əhmədov “Title Tuesday” onlayn turnirində 16-cı dünya çempionu, norveçli Maqnus Karlseni məğlub edib.
"Operativ Media" xəbər verir ki, yarışın 2-ci turunda ağlarla oynayan rusiyalı norveçlini üstələyib.
Xatırladaq ki, Əhmədovun reytinqi 2368-ə bərabərdir.
Maqnus Karlsen dünya reytinqinin lideridir (2831 xal). Karlsen 2013-cü ildən 2023-cü ilə qədər dünya çempionu olub. Ardınca isə titulunu qorumaqdan imtina edib. Hazırkı dünya çempionu hindistanlı Qukeş Dommarajudur.