AZ

Türkiyədən Suriyaya qayıdanların sayı açıqlanıb

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya Miqrasiya Şurasının 15-ci iclasında çıxışı zamanıməlumatverib. O vurğulayıb ki, 2017-ci ildən indiyədək öz ölkələrinə qayıdan Suriya vətəndaşlarının ümumi sayı isə 821 min 579-dur.

"Suriyanın azadlığa çıxması fonunda vətəndaşlar könüllü, təhlükəsiz, ləyaqətli və müntəzəm surətdə öz evlərinə qayıdırlar", - nazir bildirib.

Xatırladaq ki, dekabrın 8-də Suriyada 24 illik Bəşər Əsəd rejimi müxalif qüvvələr tərəfindən devrilib. Bu ölkədə 2011-ci ildə başlayan vətəndaş müharibə səbəbi ilə bir sıra ətraf ölkəyə, o cümlədən Türkiyəyə məcburi köçən suriyalılar dekabrın 9-dan bəri öz vətənlərinə qayıtmağa başlayıblar.

Firudin Həmidli
AzVision.az
Seçilən
6
azvision.az

1Mənbələr