AZ

Azərbaycan qızıl ehtiyatını 146,6 tona çatdırıb - Rəsmi

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ötən il ərzində 44,8 ton qızıl alaraq ehtiyatlarının miqdarını 146,6 tona çatdırıb. 

Gundem.az ARDNF-yə istinadən xəbər verir ki, bir il əvvəl fondun 101,8 ton qızılı var idi. 

2025-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, ARDNF-in sahib olduğu qızılın bazar dəyəri 12 milyard 355 milyon dollar olub və fondun bütün vəsaitinin 20,5 faizini təşkil edib. 

Onu da bildirək ki, Fond 45 tona yaxın qızılın alınmasına 3,3 milyard dollardan çox pul xərcləyib. 

Seçilən
8
gundem.az

1Mənbələr