AZ

Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR

"Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin Qarabağda yediyi milyonlarla bağlı maraqlı faktlar ortaya çıxıb. Uzun illərdir ki, Azərbaycandan xaricə külli miqdarda vəsait çıxaran, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi kimi ölkələrdə çoxlu sayda daşınmaz əmlaka yiyələnən adıçəkilən cütlük, müqəddəs Qarabağda da rüşvətsiz və talansız ötüşə bilməyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə "DİA-AZ"a daxil olan məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Hesablama Palatasının “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsində apardığı yoxlamalar nəticəsində dövlət büdcəsinin talanması ilə bağlı dəhşətli faktlar ortaya çıxarıb. Məlum olub ki, sözügedən qurum təmit-tikinti adı ilə böyk vəsaitlər mənimsəyib, habelə keçirilən tenderlərdə yalnız özlərinə yaxın şirkətlərin iştirakına şərait yaradıb. Təmir-tikinti və bərpa prosesində yer alan “kənar şirkətlər” isə tenderlərdən verdikləri yüksək “atkat” qarşılığında qalib çıxıb. Bundan başqa, məlum olub ki, tikilməli olan, yaxud tikildiyi iddia olunan bəzi obyektlər ümumiyyətlə tikilməyib və yalnız kağız üzərində var olub.

Qeyd edək ki, Namiq Hümmətov “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvüdür və tikinti prosesinə şəxsən nəzarət edir. Onun razılığı olmadan Qarabağla bağlı hansısa tenderin keçirilməsi, hansısa şirkətin bu tenderdən qalib çıxması mümkün deyil.

Namiq Hümmətov və onun sevimlisi Ramin Abdullayevin şəhdi qanı tökülən torpaqlarda mənimsədiyi milyonlar nəticəsində Qarabağda dövlət əhəmiyyətli bir sıra layihənin taleyi sual altına düşüb. Hazırda bu layihələrin aqibətinin necə olacağı məlum deyil..."

Seçilən
2
3
turanpress.com

4Mənbələr