AZ

Serbiya Rusiyadan kömək istəyib? - Kreml

Serbiya hakimiyyəti etirazlarla bağlı Rusiyadan kömək istəməyib.

Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml nümayəndəsinin sözlərinə görə, Serbiya rəhbərliyi öz problemlərini müstəqil şəkildə həll etməyə qadirdir.

Qeyd edək ki, Serbiyada tələbələrin növbəti etiraz aksiyası keçirilib. Tələbələr 1 noyabr 2024-cü ildə Novi-Sadda baş verən faciə - dəmir yolu vağzalının örtüyünün insanların üstünə düşməsinə görə məsuliyyət daşıyanların cəzalanmasını istəyiblər. Belqrad Universitetinin tələbələri o vaxtdan bəri bir neçə dəfə eyni tələblə mitinqlər keçiriblər.

Yanvarın 28-də Serbiyanın Baş naziri Miloş Vuçeviç tələbə etirazları və ölkədəki daxili siyasi vəziyyətin gərginləşməsi səbəbindən istefa verib.

Prezident Vuçiç də nazirlərin yarıdan çoxunun istefaya göndəriləcəyini açıqlamışdı.

Seçilən
4
1
ulusum.az

2Mənbələr