AZ

İsrail fələstinli məhbusları Türkiyəyə göndərib - Şok iddia

İsrail hökuməti qəbul etmədiyi məhbusları Türkiyə və Qətərə göndərəcək.

Publika.az xəbər verir ki, bu iddianı “The Times of Israel” qəzetinə danışan iki İsrail rəsmisi səsləndirib.

Onlar İsrail-Həmas arasında girov müqaviləsi çərçivəsində azad edilən və daha sonra Misirə deportasiya edilən əsir fələstinlilərin Qətər və Türkiyəyə göndəriləcəyini açıqlayıb.

İsrail qovulmuş Fələstin rəsmilərinin Qəzzaya və İordan çayının qərb sahilinə göndərilməsini istəmədiyini bəyan edib.

Bildirilib ki, Misir hökuməti ötən həftə azad etdiyi məhbusları hazırda müvəqqəti olaraq Qahirədə qəbul edir.

Seçilən
8
1
publika.az

2Mənbələr