AZ

Şəhərin mərkəzində “tələsən” sürücüqəfil sağa keçib qəza riski yaratdı - VİDEO

Paytaxtın Nəsimi rayonu Mirəsədulla Mirqasımov küçəsində qayda pozan sürücü təhlükə yaradıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə ötən ilin dekabr ayının 18-də saat 23:10 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-GH-727 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü qarşısındakı maşını keçmək üçün qəfil sağ zolağa yerdəyişmə edib. Bu zaman o, həmin zolaqdakı avtomobilə qəza şəraiti yaradıb. Görüntünü qeydə alan sürücü sağa manevr edərək baş verəcək qəzanın qarşısını alıb. 

Nərmin

Seçilən
80
15
avtosfer.az

10Mənbələr