AZ

Güzgüyə baxmadan manevr edən sürücü qəza şəraiti yaratdı- VİDEO

Bakı-Sumqayıt yolunda qayda pozan sürücü qəza şəraiti yaradıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 30-da saat 11:45 radələrində qeydə alınıb. Belə ki, 90-ZV-584 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sola manevr edib. Bu zaman o, görüntünü qeydə alan sürücüyə qəza riski yaradıb. Təhlükəylə üzləşən sürücü dəfələrlə siqnal verərək ona xəbərdarlıq edib.

Təəssüf ki, sürücülər arasında bu xətaya sıx şəkildə rast gəlinir. Bəzi sürücülər bu qayda pozuntusuna ciddi hal kimi baxmasalar da baş vermiş qəzaların bir qismi məhz bu səbəbdən yaranır. Belə halla qarşılaşmamaq üçün hər bir sürücü zolağın boş olduğuna əmin olduqdan sonra manevr etməlidir. 

Nərmin

Seçilən
8
15
avtosfer.az

10Mənbələr