AZ

Zibil qutusundan körpə tapıldı, vəziyyəti ağırdır 

Qırğızıstanda məktəblilər zibil qutusunda körpə aşkar ediblər, uşaq xəstəxanaya yerləşdirilib.

Yeniyetmələr zibil konteynerində yeni doğulmuş qız uşağı aşkar ediblər. Uşaqlar hadisə yerinə həkimləri və hüquq-mühafizə orqanlarını çağırıblar. Xəstəxanaya yerləşdirilən yeni doğulan qızcığaz son dərəcə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, uşağın nə qədər küçədə qaldığı məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, ananın şəxsiyyəti müəyyənləşdirilir.//lent.az


Seçilən
1
50
referans.az

10Mənbələr