Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və nəqliyyat naziri İlhom Mahkamovu qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Qəbulda həmçinin xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.