Bakı, TurkicWorld
Regional əlaqə layihələri Türkiyə, Azərbaycan və Özbəkistanın iqtisadi inkişafına, Asiya ilə Avropa arasında ticarət inteqrasiyasına böyük töhfələr verəcək.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə ticarət naziri Ömər Bolat deyib.
Bolat həmçinin, 2022-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşlərinin keçirilməsinə təşəbbüs göstərildiyini xatırladıb.
Bolat bildirib ki, üç qardaş və müttəfiq ölkənin prezidentləri əməkdaşlıq yönümlü və innovativ yanaşmaları ilə son illərdə Türkiyə, Azərbaycan və Özbəkistan arasında iqtisadi, ticarət və investisiya əlaqələrinə töhfə verib.
"Ümumi milli məhsulu ümumilikdə 1,5 trilyon dollara yaxınlaşan və əhalisi 132 milyonu keçən hər üç ölkə dünya və regional iqtisadiyyat üçün çox mühüm potensiala malikdir . Bizim ən böyük məqsədimiz aramızda olan sarsılmaz qardaşlığı ticarət və iqtisadi sahədə tam şəkildə əks etdirmək, əlaqələri gücləndirmək, ölkələrimizin və xalqlarımızın ümumi maraqları bölüşməsini təmin etməkdir",- deyə o bildirib.
Məlumat üçün bildirək ki, bu səhər Türkiyə Palatalar və Birjalar Birliyinin ev sahibliyi ilə üç ölkədən özəl sektorun üzvlərinin iştirak etdiyi investisiya və ticarət forumu keçirilib.