AZ

Serbiya millisinin üzvü "Fənərbaxça"da

Türkiyə Super Liqa təmsilçilərindən "Fənərbaxça" müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Apasport.az xəbər verir ki, İstanbul nəhəngi "Srvena Zvezda"da çıxış edən Onyen Mimoviçi heyətinə qatmağa yaxındır. Bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Fənərbaxça" serbiyalı sağ cinah müdafiəçisi ilə razılıq əldə edib. Klublar anlaşarsa, 20 yaşlı futbolçu yaxın günlərdə "Fənərbaxça" ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Serbiya U-21 millisinin üzvü bu mövsüm Belqrad təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Ziyeş Qətər klubuna doğru

Kurtua: “Biz hələ də favoritlərdən biriyik”

Çerçesov Qazaxıstandan əli dolu getdi

"Qalatasaray"dan Osimhen üçün 65 milyon avro - "Napoli"nin cavabı

“Borussiya”nın baş məşqçi postuna yeni namizəd

Seçilən
3
48
apasport.az

10Mənbələr