AZ

“Artıq hər şey dəqiqdir: təyyarəmizi Rusiya vurub” — YAP-çı deputat

“Rusiya səmasında vurulan və Aktauda qəzaya uğrayan “AZAL” təyyarəsinin “qara qutuları” Braziliyada tam deşifrə edilib və Qazaxıstana qaytarılıb. Qazaxıstan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutular”ının materiallarının surətlərini Azərbaycan və Rusiyaya təhvil verib. Artıq hər şey dəqiqdir: təyyarəmizi Rusiya vurub və Bakı Moskvadan bunun etiraf edilməsini, müvafiq kompensasiyanın ödənilməsini istəyir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, cinayət işinin tam aydınlanması üçün Qazaxıstanın obyektiv araşdırmaları da olduqca vacibdir:

“Rəsmi Astananın ədalətinə güvənirik. Həmçinin, son yayılan məlumatlara görə, Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib. Azərbaycan dövlətinin qətiyyəti, Prezident İlham Əliyevin prinsipiallığı, hər zaman olduğu kimi, vətəndaşa verdiyi dəyər, törədilən cinayətlə bağlı tələblərini irəli sürməsi qarşı tərəfi çıxılmaz vəziyyətdə qoydu. 

Doğrudur, Putin dekabrın 27-də təyyarə qəzasına görə üzr istəyərək, Rusiyanın hava məkanında faciəvi hadisənin baş verdiyini deyib. Şübhəsiz ki, bu, kifayət deyil. Dövlətimiz də bununla kifayətlənməyərək, mülki təyyarəmizi vuranların cəzalandırılmasını, Rusiyanın kompensasiya ödəməsini, ümumilikdə ədalətin rəsmi, hüquqi səviyyədə təmin olunmasını bir neçə dəfə qətiyyətlə tələb edib. 

Düşünürəmki, Aktauda qəzaya uğrayan “AZAL” təyyarəsiylə bağlı cinayət işi yekunlaşan zaman Rusiya dövləti də öhdəliyinə düşən məsuliyyətə əməl etməlidir”.


Leyla Turan
Demokrat.az
Seçilən
6
50
demokrat.az

10Mənbələr