AZ

Bakı-Ağstafa-Bakı xəttinə əlavə qatar reysləri təyin edildi


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 1 və 2 fevral tarixlərində əlavə qatar reysləri təyin edib.

ADY-dən BEY.AZ-a verilən məlumata görə, eyni zamanda sərnişinlər Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilər.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytıdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Seçilən
12
50
Bey.az

10Mənbələr