Britaniyanın “The Guardian” nəşri son 20 ildə yürütdüyü siyasət nəticəsində Ankaranın artan rolu ilə bağlı təhlil yazı dərc edib.
Ölkə.Az xəbər verir ki, yazıda Türkiyənin 20 ildən artıq müddətdə Qərb, Rusiya və Çin arasında incə bir xətt keçdiyi və Türkiyə ilə İsrailin Suriyada maraq toqquşması ola biləcəyi qeyd olunub.
Yazıda bildirilir ki, Türkiyə Suriya, Liviya, Cənubi Qafqaz, Şərqi Aralıq dənizi və Körfəzdə hərbi imkanlarını və təsir imkanlarını genişləndirib. "Ankara yumşaq gücünü Afrika, Mərkəzi Asiya və Qərbi Balkanlarda yayaraq əhəmiyyətli bir milli müdafiə sənayesini yarada bildi. ABŞ-Türkiyə münasibətləri üçün, bəlkə də, ən böyük risk Suriyada Türkiyə ilə İsrail arasında birbaşa qarşıdurma ehtimalıdır", - nəşr yazır.
Mürtəza
Ölkə.Az