AZ

“Üzümə baxıb gülümsədi və keçindi” – Həsənağa Turabovun qızı anasından danışdı

“İşdən gəldim, yoldaşım dedi, anam yemək yemir. Dedim, ana, yemək yeyək? Başı ilə “hə” cavabını verdi. Sonra da üzümə baxıb gülümsədi və keçindi. Sanki keçinmək üçün məni gözləyirmiş”.

Medianews.az musavat.com-a istinadla xəbər verir ki, bunu Xalq artisti Həsənağa Turabovun qızı Sevinc Turabova anası Solmaz xanımın ölümündən danışarkən deyib.

“Hansısa bir xəstəliyi yox idi. 5-6 il bundan öncə insult olub sağalmışdı, son vaxtlar yaxşı yerimirdi. Yanvarın 14-ü 85 yaşını qeyd etdik. Elə qorxurdum ki, ad günündə rəhmətə gedər. Səhərə kimi ona baxırdım.

Son günlər danışmırdı. Qardaşım Daşqının və atamın xiffətini çəkirdi. Lakin ağlamayım deyə, mənim yanımda onlardan bəhs etmirdi”, – S.Turabova bildirib.

Xatırladaq ki, Solmaz Turabova ötən gün vəfat edib.

Seçilən
19
2
medianews.az

5Mənbələr