AZ

Naxçıvanda 49 yaşlı kişi qətlə yetirildi - SAXLANILAN VAR

Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan APA-ya verilən məlumata görə, yanvarın 28-də Babək rayon sakini 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Babək rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Seçilən
9
15
korrespondent.az

10Mənbələr