AZ

Rusiyada erməni bloqerə qarşı cinayət işinin açılması tələb olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyada Moskva Prokurorluğu erməni bloqer Arsen Markaryana qarşı cinayət işinin açılmasını tələb edib. O, terrorizmi açıq təbliğ etmə faktı ilə əlaqədar ittiham olunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə qurumun "Telegram" kanalında xəbər verilib.
Bildirilir ki, Markaryan müsahibələrinin birində dronlar vasitəsilə terror hücumlarına çağırışlar edib.
"Markaryan terrorizmin ideologiyası və praktikasının düzgünlüyü haqqında özündə möhkəm mövqe formalaşdıraraq, pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiya ərazisində və onun vətəndaşlarına qarşı terror fəaliyyətinin həyata keçirilməsinə açıq çağırışlar edib", - deyə prokurorluqdan bildirilib.
Prokurorluq istintaq materiallarını "terrorizmə açıq çağırışlar" maddəsi üzrə cinayət işinin açılması üçün istintaq orqanlarına göndərib.
Seçilən
7
oxu.az

1Mənbələr