AZ

Məhkum və həbs edilmiş şəxslər də səs verdi - FOTOLAR

Bələdiyyə seçkiləri ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrində də səsvermə təşkil edilib.

Unikal” xəbər verir ki, müəssisələrdə saxlanılan müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar və həbs edilmiş şəxslər, həmçinin burada həqiqi hərbi xidmət keçən hərbi qulluqçular seçki hüquqlarından istifadə edirlər. Bu məqsədlə bütün digər seçki məntəqələrində olduğu kimi, Penitensiar Xidmətin tabe qurumlarında da əlverişli seçki mühiti yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə təchiz olunub.

Məhkum və həbs edilmiş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.

Səsvermə prosesi müşahidəçilər tərəfindən izlənilir.

Seçilən
18
18
unikal.az

10Mənbələr