AZ

"Deepseek" genişmiqyaslı hücuma məruz qalıb

"Deepseek" genişmiqyaslı hücuma məruz qalıb

Çinin süni intellekt şirkəti "DeepSeek" xidmətlərinə təsir edən genişmiqyaslı zərərli hücumlarla üzləşdiyini açıqlayıb.Çin dövlət mediası kibertəhlükəsizlik ekspertlərinə istinadən hücumların ABŞ-da yerləşən IP ünvanlarından edildiyini iddia edib. Lakin BBC bu məlumatı müstəqil şəkildə yoxlaya bilməyib.Ağ Evin mətbuat katibi Karolin Leavitt bildirib ki, ABŞ Milli Təhlükəsizlik Şurası (MTŞ) "DeepSeek" ilə bağlı vəziyyəti araşdırır."DeepSeek" BBC-nin sorğusuna cavab verməyib, lakin şirkət öz saytında ""DeepSeek"in xidmətlərində irimiqyaslı hücumlar səbəbindən sıxlıq yarana bilər" xəbərdarlığını yerləşdirib.Bunun "DeepSeek"in bu həftə məruz qaldığı ikinci hücum olduğu bildirilsə də, Çin dövlət televiziyası CCTV-nin sosial media kanalı "Yuyuan Tantian" şirkətin son həftələrdə çoxlu kiber hücumlara məruz qaldığını iddia edib.

Seçilən
24
afn.az

1Mənbələr