Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
Moderator.az bildirir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.
İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan Respublikasının prezidenti Vaaqn Xaçaturyan və Milli Assambleyanın sədri Alen Simonyan da iştirak ediblər.
Bildirilir ki, iclasda Təhlükəsizlik Şurasının səlahiyyətlərinə aid məsələlər müzakirə edilib. Ermənistan ordusunun şərti sərhədlərdə hərəkətlənməsi fonunda Təhlükəsizlik Şurasının toplanması diqqət çəkir.