Paytaxtda qayda pozan sürücü piyadaların təhlükəsiz şəkildə hərəkətinə əngəl törədib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” adresinə videomaterial göndərib. Hadisə yanvarın 29-da günorta saatlarında Rəsul Rza və Həzi Aslanov küçələrinin kəsişməsində qeydə alınıb. 99-LN-281 dövlət nömrə nişanlı “Ford Transit” markalı maşının sürücüsü səkini tamamilə zəbt edib. Nəticədə sözügedən ərazidən keçən piyadalar yolun hərəkət hissəsiylə getməli olublar. Şikayətçinin sözlərinə görə, xoşagəlməz mənzərə sürücülərə də təhlükə yaradıb. Belə ki, yolayırıcına daxil olan sürücülər sağdan gələn nəqliyyat vasitələrini görməkdə çətinlik çəkiblər.
Nərmin