AZ

Flikdən "Atalanta"ya xoş sözlər

style='margin-bottom:10px;'>

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda keçiriləcək "Atalanta" ilə matça haqda danışıb. 

QOL.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Mütəxəssis oyundan öncə təşkil olunan mətbuat konfransında deyib: 

"Mən Qasperiniyə ("Atalanta"nın baş məşqçisi - red.), onun işinə və bütün ideyalarına böyük hörmətlə yanaşıram. Görün, məşqçiyə güvənəndə, nələrə nail olmaq olar. Son illər onlar inanılmaz uğurlar əldə ediblər. Onun komandasında qurduğu oyun tərzi xoşuma gəlir. O, Avropa üçün unikaldır. "Atalanta" yaxşı oynayır və çoxlu qollar vurur. Biz sayıqlığı itirməli deyilik". 

Qeyd edək ki, "Barselona" ÇL-in turnir cədvəlində 18 xalla 2-ci, "Atalanta" isə 14 xalla 7-ci yerdədir. Sözügedən qarşılaşma bu gün, Bakı vaxtı ilə 00:00-da başlayacaq. 

Seçilən
11
20
teleqraf.com

10Mənbələr