![Alimlər neyropatiya ilə kimyaterapiya arasında əlaqə olduğunu](https://e-saglam.az/storage/news/middle/images/2025/1/2cbd4763-7837-3a78-9c1b-9ea7c399365e_850.jpg)
ABŞ alimləri taksanlara və platin birləşmələrinə əsaslanan kimyəvi üsullarla müalicənin - kimyaterapiyanın 40 % hallarda neyropatik ağrıya səbəb olduğunu aşkarlayıblar.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
Bu barədə E-saglam.az “Regional Anesthesia & Pain Medicine” jurnalında dərc olunan araşdırmaya istinadən xəbər verir.
Qeyd edilir ki, neyropatiya periferik sinirlərin zədələnməsi fonunda baş verən sinir sisteminin qeyri-iltihablı patologiyasıdır.
On min doqquz yüz xəstənin məlumatlarını araşdıran qlobal araşdırmanın nəticələrinə görə, alimlər FOLFOX kimyaterapiyasından istifadə edərkən neyropatik ağrıların 16 % hallarda daha az baş verdiyini aşkarlayıblar. Bununla belə, xərçəng xəstəliyinin bəzi növləri olan pasiyentlərdə neyropatiya daha tez-tez baş verir. Belə ki, bu, ağciyər xərçəngi olan xəstələrin 60,2 faizində aşkar edilib. (Report.az)