AZ

Bakıda 75 yaşlı kişiyə qarşı dələduzluq edildi

Nərimanov rayonunda 75 yaşlı kişiyə dələduzluq edən şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu ərazisində 75 yaşlı kişinin naməlum şəxs tərəfindən aldadılaraq 1200 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Əmini müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
2
18
yenisabah.az

10Mənbələr