AZ

''Qalatasaray''da zədəlilərin və İkardinin durumu nə yerdədi?

''Qalatasaray''ın baş həkimi Yenər İncə zədəli futbolçuların durumu, eləcə də diz əməliyyatından sonra müalicəsini vətəni Argentinada davam etdirən və artıq trenajor zalında məşqlərə başlayan Mauro İkardi haqda açıqlamalar verib.

''Football-plus.az'' xəbər verir ki, İkardinin müalicəsi ilə bağlı ''Qalatasaray''ın tibbi personalına yanlış məlumatlar ötürməsi barədə xəbərlər yayılmışdı. Eləcə də İstanbul nəhənginin tanınmış futbolçuya Türkiyəyə geri dönməsi üçün ultimatum göndərdiyi də iddia edilmişdi. Yenər İncə bunu təkzib edərək bunları deyib:

''İkardi ilə bağlı son dönəmlərdə ortaya bir çox əsassız iddialar atılıb. Onun müalicəsi ilə bağlı bizə raport göndərməməsi yalandı. Demək olar, hər gün özü ilə danışıram. Həkimi ilə də tez-tez ünsiyyət qururam. Bu cür zədədən sonra futbolçular adətən 8-9 aylığa sıradan çıxır. Düzdü, 6 aydan sonra da qayıdanlar olur. Amma bu, çox risklidi. Yakobs son oyunda topuğunda ağrılar hiss etdi. Komanda ilə məşqdə iştirak etsə də, sabahkı oyundan öncə durumuna bir də baxacağıq. Kərəm Dəmirbayın isə əzələsində problem var. Müalicəsi təxminən 2-3 həftə davam edəcək''.

Qeyd edək ki, Türkiyə çempionu sabah Avropa Liqasında səfərdə ''Ayaks''la, həftəsonu isə Türkiyə çempionatında səfərdə ''Qaziantep''lə qarşılaşacaq.

ƏLİ
Seçilən
10
football-plus.az

1Mənbələr