Ermənistan Daxili İşlər Nazirliyində “təmizləmələr” həyata keçirilir.
Bu barədə erməni mediasına istinadən xəbər verilir.
Məlumata görə, yoxlamalardan sonra 51 polis və 2 xilasedici işdən çıxarılıb. İdarə rüşvətxorluq, sənədlərin saxtalaşdırılması, sərhədi qanunsuz keçmədə şəriklik və s. maddələrlə 46 cinayət işinin açıldığını qeyd edib.
Mənbə: musavat.com