AZ

4 dəfə ad-soyad dəyişən kəşfiyyatçı – 600 həmkarını satıb, sığınacaq alıb

SSRİ Dövlət Təhlükəsizlik Komitəsi heç də hər zaman güclü kəşfiyyatçı hazırlmağa nail ola bilməyib. Bəzən digər dövlətlərdə əməkdaşlığa cəlb edilən şəxslər SSRİ-də hazırlanan kəşfiyyatçılardan daha fədakar olub. Miliyyətcə rus olan Afanasi Şoroxov müxtəlif vaxtlarda adını dəyişib, iki dövlət arasında münasibətlərin pozulmasına səbəb olub və sığınacaq almaq üçün 600-dən çox kəşfiyyatçının adını başqa ölkəyə təhvil verib.

 

“Qabağa” getmək üçün ad və soyadını dəyişib

Afanasi inqilabdan əvvəl Sibirin kiçik Larixa kəndində anadan olub və atasını ildırım vurub öldürdüyü üçün kiçik yaşlarından varlı qonşularının həyətində işləyib. Məktəbin dörd sinfindən cəmi ikisini bitirib, lakin oxumağı, yazmağı və saymağı öyrənə bilib. İnqilabdan sonra Afanasi Sibir həyatında fəal islahatçı, kommunist olub, partiya məktəbində oxuyandan sonra ad-soyadını dəyişərək Vladimir Proletarski qoyub.

SSRİ Xalq Daxili İşlər Komissarlığında işlədiyi vaxt o, müdiri Qleb Bokiya ilə yaxşı münasibət saxlayıb. 1937-ci ildə rəisinə ölüm hökmü veriləndə Proletarskinin ifadəsi ittihamlar üçün mühüm əsas olub. “Düzgün” davranışına görə, o, idarədə işləyən həyat yoldaşı Yevdokiya ilə birlikdə tezliklə Çinə göndərilib. Onlar orada diplomatik yazışmaların şifrələnməsi və deşifrə edilməsi ilə məşğul olublar.

Nasist Almaniyası ilə müharibə zamanı Proletarskilər Petrovlara çevriliblər və İsveçə işləməyə göndəriliblər. Onların əsas vəzifəsi səfirlikdə işləyən hər kəsə nəzarət etmək olub. Bundan əlavə, Vladimir məlumatların şifrələnməsi ilə yanaşı, rezidenturanın maliyyəsinə cavabdeh olub, Yevdokiya isə eyni vaxtda mühasib işləyib və fotoqraflıq edib.

Eyni səfirlikdə işləyən gələcək məşhur kəşfiyyatçı Zoya Voskresenskaya Moskva rəhbərliyinə Petrovun çox içki içdiyini və hökumət pullarından istifadə edərək əcnəbi qadınlarla münasibət qurduğunu yazıb. Lakin yuxarıdakılar Petrovun müxtəlif həmkarları barədə müntəzəm olaraq göndərdiyi donoslara daha çox inanıblar. II dünya müharibəsindən sonra Petrova polkovnik rütbəsi verilib, həyat yoldaşı isə kapitan olub.

Beriyanın ölümü ilə başlayan təmizləmə

1951-ci ildə onlar növbəti missiya üçün Avstraliyaya göndəriliblər. Burada Petrov artıq səfirliyin 3-cü katibi vəzifəsini tutub. Onun sərbəst həyat tərzi tez bir zamanda xarici kəşfiyyat orqanlarının diqqətini çəkib. Avstraliya Təhlükəsizlik Xidmətinin ştatdankənar agentlərindən birinə Petrova yaxınlaşmaq tapşırığı verilib və bu, asanlıqla həyata keçirilib. Vladimir həmkarları haqqında mənfi sözlər işlədib və daim Qərbdə qalmaq istədiyini deyib. Amma cəza qorxusu əvvəlcə onu rahat hərəkətdən çəkindirib. O bilirdi ki, xaricdə kəşfiyyatçıları zərərsizləşdirmək üçün sistemin müvafiq qrupu var.

Siyasi Büro üzvü Lavrenti Beriyanın güllələnməsindən sonra aparatda kütləvi kadr dəyişikliyi baş verib. Petrov sıranın onlara da gəlib çatacağından qorxub. Üstəlik, səfir Generalov onun davranışından xəbərdar olub və tələb olunarsa, həqiqəti Moskvaya yazıb göndərə bilərmiş.

Həyat yoldaşını qoyub qaçıb, 600-dən çox kəşfiyyatçını ifşa edib

3 aprel 1954-cü ildə Afanasi Şoroxov əlinə keçən bütün məxfi sənədləri götürüb və siyasi sığınacaq istəmək üçün Avstraliya kəşfiyyat idarəsinə gedib. Hətta heç həyat yoldaşını da özü ilə götürməyib və ondan uzaqlaşmağa çalışıb. Hadisədən xəbər tutan bir qrup çekist Şoroxovun həyat yoldaşını SSRİ-yə gətirmək üçün Avstraliyaya uçub.

Amma onu evdən xəbərsiz çıxarmaq mümkün olmayıb, qonşular polisə zəng vurublar. Təyyarənin dayanması zamanı Avstraliya kəşfiyyat xidmətləri Petrovanı təhlükəsizlik agentlərinin əlindən ala biliblər. Sorğu-sualdan və məxfi sənədlərdən əldə edilən məlumatların əhəmiyyəti qiymətləndirildikdən sonra cütlük ilk olaraq siyasi sığınacaq, 1956-cı ildə isə Avstraliya vətəndaşlığı alıb və Sven və Anna Ellis olub.

Cütlüyün etirafları xaricdəki 600-ə yaxın sovet agentinin həyatını məhv edib. Onların arasında hətta əfsanəvi Kim Filbi də olub. Petrovlar bütün həmkarlarını fotoşəkillərdən tanıyıblar və kodları, parolları və ünvanları yazıblar. Demək olar ki, bir il ərzində onlardan vacib məlumatlar alınıb. Nəticədə SSRİ ilə Avstraliya arasında əlaqələr kəsilib və iki dövlət arasında qarşıdurma 5 il davam edib.

Vladimir bir neçə dəfə insult keçirib, əlil arabasından istifadə edib və son 17 ilini qocalar evində keçirib. O, 1991-ci ilin iyununda, Sovet İttifaqının dağılmasına 6 ay qalmış vəfat edib. Onun keçmiş həyat yoldaşı bəzən ona baş çəkməyə gəlib, lakin dəfn mərasimində iştirak etməyib.

Mənbə: Musavat.com

Seçilən
7
1
azpost.info

2Mənbələr