NATO Baş katibi Mark Rutte ilə ABŞ-ın yeni müdafiə naziri Pit Heqset arasında ilk telefon danışığı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rutte X hesabında paylaşım edib.
Telefon danışığında Rutte NATO-nun hər zaman güclü və bir olmalı olduğunu bildirib. Eləcə də müdafiə xərclərinin və istehsalın daha da artırılmasının vacibliyini vurğulayıb.