Dubay-Moskva reysini həyata keçirən "Boeing 737" sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı verib.
Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” təcili yardım xidmətlərinə istinadən məlumat yayıb.
"FlightRadar24"ün məlumatına görə, təyyarə öz marşrutu üzrə uçuşunu davam etdirib.
Aviaşirkət isə qəza siqnalı ilə bağlı məlumatın araşdırılacağını bildirib.