Fevralın 12-də Ukrayna ilə ABŞ prezidenti Donald Trampın yeni administrasiyası arasında ilk rəsmi təmas baş tutacaq.
Sherg.az xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə Xarici İşlər naziri Andrey Sibiqa Fransa, Almaniya, Polşa, İtaliya, Böyük Britaniya, İspaniya, Aİ və ABŞ-dən olan yüksək səviyyəli diplomatların qatılacağı Parisdə nazirlər görüşünə dəvət olunub.
Bundan əvvəl Sibiqa Aİ-ni ABŞ-dən nümunə götürərək Rusiyaya qarşı sanksiyaları artırmağa çağırmışdı.
Qarşıdan gələn görüşdə Ukraynaya davamlı dəstək və ABŞ-nin yeni administrasiyası ilə koordinasiya məsələlərinin müzakirə olunacağı gözlənilir.