AZ

Hər rəngdə bir sağlamlıq var...


Rənglərin həyatımızdakı yerini izah etməyə yəqin ki, ehtiyac yoxdur. Bəs, sağlamlığımızdakı yerini? Elə isə qırmızıdan başlayaq...
- Qırmızı rəng iş qabiliyyətini artırır. Ancaq bu rəng iş qabiliyyətinizi artırdığı kimi, “stress qabiliyyətinizi” də artıra bilər. Hərəkətin daha çox olduğu yerlərdə (uşaq otaqlarında, ictimai yerlərdə) istifadə etmək məsləhətdir.
- Narıncı rəng həyəcan yaradır. İnsanın yaradıcılıq gücünü artıran, həmçinin, cəsarətə və ünsiyyətə təşviq edən bu rəngin ən çox mətbəxdə və dəhlizdə istifadəsi məsləhət görülür.
- İlham mənbəyi sayılan sarı rəng insana nikbin əhvali-ruhiyyə bəxş edir. Bu rəng mətbəx üçün daha münasibdir. Ancaq iş otaqlarında istifadə etmək olmaz. Çünki zehni yorğunluğa səbəb ola bilər. İstirahət guşələrində də istifadə etmək məsləhət deyil.
- Sakitləşdirici rəng olan yaşılı bir növ yardımlaşmaya çağırış da adlandırmaq olar. Digər tərəfdən, bu rəng özünü ifadə etməyə də kömək edir. Otaqları daha geniş göstərsə də, həm yataq otaqlarında, həm də iş otaqlarında istifadə edilə bilər. Açıq rəngləri daha çox divarlar üçün uyğundur.
- Mavi rəng sevgini, səmimiyyəti ifadə edir. Buna görə də, həddindən artıq xəyalpərəstlik, eyni zamanda həddindən artıq romantiklik yarada bilər. Stresi aradan qaldırmaq üçün faydalıdır. Hərəkətin və işin çox olduğu yerlərdə istifadə edilməməlidir. Tünd tonları tənbəlliyə səbəb olur.
- Özünəinamı təmsil edən bənövşəyi rəng xoş əhvali-ruhiyyəyə səbəb olur. Bu rəngin eyni zamanda unutqanlıq və səbirsizlik yaratması da məlumdur. Bənövşəyi rəngin çalarlarından yataq və iş otaqlarında istifadə etməklə özünüzdə müsbət enerjini artıra bilərsiniz.
- Bundan başqa, ağ rəng də insanda enerji sistemini tarazlaşdırır. Ən əsası isə yaradıcılıq qabiliyyətini artırır. Qara rəng isə ağır bir enerjiyə malikdir. Buna görə də, qara rəngdən tək rəng kimi istifadə etmək məsləhət deyil.

Murad Məmmədov
Seçilən
3
6
yeniavaz.com

10Mənbələr