AZ

UEFA İsrailin istəyini rədd etdi

style='margin-bottom:10px;'>

UEFA İsrail komandalarının neytral meydanlarda oyunlarını keçirməkləri ilə bağlı qərarını dəyişməyib. 

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb. 

Daha öncə mətbuatda İsrail Futbol Assosiasiyasının UEFA ilə qeyri-rəsmi danışıqların aparması ilə bağlı xəbərlər yayılmışdı. Danışıqlar İsrail millisinin 2026-cı ildə başlayacaq dünya çempionatının seçmə mərhələsində ev oyunlarını öz ölkələrində keçirmək istəyi ilə bağlı idi. Lakin UEFA İsrail yığması və klublarının ev matçlarını neytral ölkələrdə keçirilməsi ilə bağlı qərarı qüvvədə saxlayıb. 

Xatırladaq ki, İsrail - Fələstin münaqişəsinə görə bu ölkələrin komandaları ev oyunlarını fərqli ölkələrdə keçirirlər. 

Seçilən
6
5
teleqraf.com

6Mənbələr