ABŞ Hərbi Dəniz Qüvvələri hərbçilərə "DeepSeek"dən istifadəni qadağan edib.
Publika.az xəbər verir ki, "CNBC"nin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri öz şəxsi heyətinə xəbərdarlıq göndərərək, "potensial təhlükəsizlik və etik narahatlıqlar" səbəbindən Çinin "DeepSeek" süni intellekt sistemindən "hər hansı bir məqsədlə" istifadə etməkdən çəkinməyə çağırıb.
Xəbərdarlıq ötən cümə günü Çin şirkətinə texnologiya sənayesində artan marağın fonunda edilib. E-poçt bütün işçilərə "DeepSeek"dən “işlə bağlı və ya şəxsi hər hansı məqsədlə” istifadə etməməyi tapşırır.
Qeyd edək ki, "DeepSeek" açıq mənbəli süni intellekt köməkçisi "OpenAI"nin "GPT-4"ü ilə müqayisədə rəqabətli performans göstərir. “DeepSeek” bu həftə ABŞ da daxil olmaqla, bir sıra ölkələrdə yükləmələrin sayına görə birinci yeri tutub.