2024-cü ilin dekabr ayında astronomlar tərəfindən kəşf olunmuş2024-YR4 asteroidi 2032-ci ildə Yer planeti ilə toqquşa bilər.
Trend rusKİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı astronom,“Ka-Dar” rəsədxanasının rəhbəri Stas Korotkiy bildirib.
“Hal-hazırda onun Yer planeti ilə toqquşması ehtimalı müxtəlifstrukturlar tərəfindən sıfır tam onda beş faizdən altı faizə qədərolan civarda qiymətləndirilir. Altı faiz deyəndə - yəni vəziyyətininkişafına dair 16 variant var ki, bunlardan biri toqquşmavariantıdır”, - astronom bildirib.
Alimin sözlərinə görə, bu proqnozlarda qeyri-müəyyənliyin olmasıasteroidin müşahidə müddətinin qısa olması ilə əlaqəlidir.
Qeyd edilir ki, asteroidin 22 dekabr 2032-ci ildə Yerlətoqquşması ehtimalı 6 faizdir ki, bu da 2004-cü ildə Apofisin kəşfolunmasından bəri ən yüksək proqrnoz göstəricisidir. Sözügedənnəhəng asteroidin isə 2029-cu ilin aprel ayında Yerdən 30 minkilometr uzaqlıqdan keçəcəyi fərz edilir.