AZ

Putinlə Paşinyan arasında sərt telefon danışığı

Ermənistan hökuməti son günlərdə Belarusla diplomatik əlaqələrin tamamilə kəsilməsi mövzusunu müzakirə edir.

Bakıvaxtı.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, son yarım ildə bir nəfər də olsa Belarus rəsmisi İrəvana səfər etməyib:

“Belarus Prezidenti Aleksandr Lukaşenko müharibədə Azərbaycanın qələbəsini dəstəklədiyini açıqladıqdan sonra İrəvanın Minskdəki səfiri geri çağırıldı. Son aylarda demək olar ki, heç bir vacib diplomatik təmas qurulmayıb. Həmçinin Lukaşenkonun Ermənistan, Qarabağ məsələsi və Baş nazir Nikol Paşinyanla bağlı son açıqlamaları ölkədə ciddi narazılıqla qarşılandı. Maraqlıdır ki, hələ də nə Baş nazir administrasiyası, nə də Xarici İşlər Nazirliyi Lukaşenkoya rəsmi cavab verib. Hər kəs Belarus liderinin o sözləri Rusiya Prezidenti Vladimir Putindən xəbərsiz deməyəcəyini yaxşı anlayır”.

Qəzet Vladimir Putin və Nikol Paşinyan arasında baş tutan son telefon danışığının çox gərgin keçdiyini iddia edir:

“Bizdə məlumat var ki, söhbət elə də yaxşı keçməyib. Paşinyan danışıq zamanı özünə haqq qazandırmağa çalışıb, Avropa İttifaqına üzvlük prosesinin Rusiyadan üz çevirmək olmadığını deyib. Lakin Putin çox quru şəkildə bu addımın Ermənistan üçün heç də yaxşı nəticələnməyəcəyini bildirib. Məhz bu səbəbdən, Paşinyan hələ ki Lukaşenkoya cavab olaraq konkret ciddi addımlar atmaya, sadəcə bir neçə bəyanatla kifayətlənə bilər”.

Qeyd edək ki, Aleksandr Lukaşenko təkrar prezident seçildikdən sonra ilk açıqlamasında Qarabağın “itirilməsinə” görə Nikol Paşinyanı günahlandırıb. O, baş nazirin Ermənistanın sonunu gətirəcəyini bildirib.

Seçilən
1
4
bakivaxti.az

7Mənbələr