AZ

Aİ-nin Ermənistandakı müşahidə missiyasının mandatı daha iki il uzadılıb

Avropa İttifaqının səfirləri Ermənistandakı müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyiblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qərara əsasən, avropalı müşahidəçilər daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar.

Müqavilə layihəsində müşahidəçilərin tərkibinin və sayının dəyişməz qalacağı (165 xarici və 44 erməni üzv) nəzərdə tutulur.

Ermənistandakı missiyanın məlumatına görə, bu qərar yaxın vaxtlarda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir.

Seçilən
4
4
xezerxeber.az

6Mənbələr